Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 09:07

R.Morningstar: «Xankəndi limanının fəaliyyəti sülh prosesinə mənfi təsir göstərəcək»


Richard Morningstar
Richard Morningstar
-
“Xankəndi hava limanının fəaliyyəti sülh prossesinə mənfi təsir göstərəcək”.

ANS-PRESS-in məlumatına görə bunu ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar limanın istifadəyə verilməsinə münasibət bildirərkən deyib.

Richard Morningstar qeyd edib ki, hər iki tərəf bu məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidir və Minsk qrupu da daxil olmaqla bəyanatlarda bildirildiyi kimi hava limanından hər hansı uçuş sülh prosesinə mənfi təsir edəcək.

Ermənistan tərəfi bu yaxınlarda Azərbaycanın işğal altında olan əraziləri- Xankəndidə tikilmiş hava limanının istifadəyə verilməsi barədə məlumat yayıb.

Rəsmi Bakı, bunun danışıqlar prosesinə ciddi ziyan vuracağını və mülki aviasiya barədə Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.
XS
SM
MD
LG