Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Küveyt müxalifəti etiraz edir


Küveyt müxalifəti bu gün ölkədə seçki qanunvericiliyinə edilmiş düzəlişlərə etiraz olaraq kütləvi aksiya keçirməyi planlaşdırır.

Hakimiyyət polisə aksiyanın dağıdılmasını göstəriş verib.

Oktyabrın 21-də keçirilmiş etiraz aksiyasında baş vermiş toqquşmada 11 polis də daxil olmaqla onlarla adam yaralandı.

Artıq 6 ildir ki, ölkədə siyasi böhran yaşanır.

Oktyabrın 7-də parlament yenidən buraxılıb.

Dekabrın 1-də ölkədə vaxtındanəvvəl seçki keçirilməlidir.

Əsasən islamçılardan ibarət olan müxalifət hesab edir ki, seçki haqqında qanuna edilmiş son düzəliş hakimiyyətə üstünlük verir.
XS
SM
MD
LG