Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:03

Qətərdə Suriya müxalifətinin rəhbərliyi müzakirə olunur


Foto arxiv
Foto arxiv
Qətərdə Suriya müxalifətinin konfransı keçirilir.

5 gün davam edəcək konfransda Suriya Milli Şurasını əvəz edəcək yeni rəhbərlik seçiləcək.

Bu şura əsasən ötən il mühacirətdə olan suriyalı immiqrantlardan təşkil edilib.

ABŞ Dövlət katibi Hillary Clinton bu günlərdə bildirib ki, Suriya müxalifətinin rəhbərliyi təkcə mühacirətdə olan immiqrantlardan yox, bütün qüvvələr, azadlıq uğrunda canını qurban verən insanlartan təşkil edilməlidir.

ABŞ Suriyada bütün qüvvələrin təmsil olunduğu 50 nəfərlik rəhbər orqan yaradılmasının tərəfdarıdır.

Hazırda Suriyada hökumət və müxalifət birləşmələri arasında ağır döyüşlər gedir.

Müxalifət qüvvələri Taftanaz hərbi-hava bazasına hücuma keçib.

Bu baza paytaxt Dəməşqlə Hələb şəhərinin arasında yerləşir.
1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə kütləvi etirazlar və silahlı toqquşmalar gedir.

Bu müddət ərzində 30 mindən çox adamın öldürüldüyü bildirilir.
XS
SM
MD
LG