-
Koreyalı musiqiçi Park Jae-Sang-in (PSY) oxuduğu «Gangnam Style» adlı mahnı Youtube-da ən çox baxılan ikinci video olub.
15 iyuldan bu yana 639 milyondan çox izlənilən «Gangnam Style», müğənni Jennifer Lopez və reper Pitbullun 616 milyon dəfə izlənilən «On the Floor» videosunu geridə qoyub.
Youtube-da ən çox izlənən video isə kanadalı müğənni Justin Bieber-in «Baby»sidir. 795 milyon baxış.
«Gangnam style» mahnısında adı çəkilən «Gangnam» ifadəsi Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi hissəsidir.
Mahnı Guiness Rekordlar kitabına «ən bəyənilən video» olaraq daxil olub. «Gangnam style»in müxtəlif versiyalarına da Youtube-da milyonlarla baxış olub.