Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:42

İctimai Palatadan prezidentliyə 4-5 namizəd ola bilər...


Foto: Arxiv
Foto: Arxiv
-
«İctimai Palatanın prezident seçkilərində 4-5 namizədi də ola bilər».

Bu fikri noyabrın 3-də İctimai Palatanın (İP) sessiyasında İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal səsləndirib. O, deyib ki, İP-in növbəti hədəfi prezident seçkisidir və buna vahid seçki platforması, qərargah yaratmaqla nail olacaq:

«Vacib deyil ki, İP-in mütləq bir namizədi olmalıdır. İP-in prezident seçkilərində 4-5 namizədi də ola bilər».

Vidadi Mirkamal İP daxilində demokratik mühitlə bağlı narahatlığını da səsləndirib:

«Bizim məqsədimiz cəmiyyəti demokratikləşdirməkdir, amma demokratik cəmiyyəti demokratik insanlarla qurmaq olar. Buna görə də, ilk növbədə İP öz daxilində demokratik mühit yaratmalıdır. Bunun üçün sistem qurulmalıdır. Çünki insanlar sistem daxilində demokratiyanı öyrənib, demokratik olurlar».

İctimai Palata üzvü Mustafa Hacıbəyli bu qurumun demokratik dəyişikliklərə nail olmasına dair layihə təqdim edib. Sessiyanın aparıcısı Pənah Hüseyn bu layihənin müzakirəyə çıxarılacağını bildirib.

Müsavat İcra Aparatının rəhbəri Arif Hacılı isə vicdan məhbusu sayılan insanların müdafiəsinin səngidiyini, bu işin çox pis təşkil olunduğunu deyib.

AXCP sədri Əli Kərimli isə çıxışında hakimiyyətin əleyhinə olan son bir neçə hadisəni xatırladıb:

«Elşad Abdullayev və Gülər Əhmədova məsələsi ilə hakimiyyətin əsl mahiyyəti xalqa çatdırıldı. Bu olay Azərbaycan hakimiyyətini silkələdi, onu sarsıtdı. Məhz hakimiyyət yarıtmaz siyasəti nəticəsində, region və beynəlxalq aləmdə son dayaqlarını da itirdi. Son iki ayda Azərbaycan hakimiyyətinin BP, Avropa Şurası və Rusiya ilə münasibətlərində gərginlik yaranıb. Hakimiyyət Rusiyada milyarderlərin bir araya gəlməsinə qarşı kampaniyaya start verib. Bu diaspor təşkilatının yaranması hakimiyyətə sarsıdıcı zərbə vurub».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG