Suriya müxalifətinin birləşmələri şənbə günü ölkənin şimal-qərbində hökumət qoşunlarının üzərinə irimiqyaslı hücuma keçib.
Bu bölgədə hökumət qüvvələrinin hava bazası yerləşir.
Qərb agentliklərinin məlumatına görə, hücumda məqsəd Hələb və Dəməşq arasındakı strateji rayonları ələ keçirməkdir.
BMT ötən cümə axşamı Sarakeb rayonunda keçirilmiş əməliyyat zamanı müxalifət qüvvələrinin hərbi cinayət törətməsini istisna eləmir.
Həmin döyüşlərdə 28 Suriya əsgəri ölüb.
Cümə axşamı internetdə əsir düşmüş əsgərlərin döyülməsi, sonra isə öldürülməsini əks etdirən videogörüntü yayılıb.
BMT-nin nümayəndəsi Rupert Kolvill məsələnin hərtərəfli araşdırılacağını deyir.