Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:23

Saakashvili saraydan çıxmır


Gürcüstan prezidenti Mikheil Saakashvili
Gürcüstan prezidenti Mikheil Saakashvili
Gürcüstan prezidenti Mikheil Saakashvili prezident sarayını tərk etmək və yeni baş nazir
Bidzina İvanishvilinin təkid etdiyi kimi dövlət dəftərxanasında işləmək fikrində deyil.

Prezidentin mətbuat katibi Manana Mancqaladze Tbilisidə keçirdiyi mətbuat konfransında deyib ki, prezident sarayı Saakashvilinin şəxsi mülkiyyəti deyil, amma bina prezidentin fəaliyyət göstərməsi üçün nəzərdə tutulub.

İvanisvili bundan əvvəl Saakashvilidən prezident sarayının boşaldılması və dövlət dəftərxanasında işləməyi tələb edib.

Hokumətin nümayəndəsi deyir ki, prezident sarayının saxlanması ölkə iqtisadiyyatına olduqca baha başa gəlir.
XS
SM
MD
LG