Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

ABŞ: Xankəndi aeroportu məsələsi beynəlxalq hüquqa əsasən həll olunmalıdır


Victoria Nuland
Victoria Nuland
-
«ABŞ Dağlıq Qarabağda hava limanının açılması məsələsini beynəlxalq hüquq, eləcə də Ermənistan və Azərbaycanda mülki aviadaşımalar sahəsində mövcud praktikaya əsaslanaraq diplomatik yolla həll etməyə çağırır».

Bunu Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Viсtoria Nuland bildirib.

O xatırladıb ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupu 2011-ci il aprelin 14-də bəyanat verib. Bundan başqa, bu ilin iyul ayında ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirən diplomatik həll də təqdim olunmuşdu:

«Həmin bəyanatlarda bir daha qeyd edilir ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə iddiaların dəstəyi üçün istifadə oluna bilməz».

Separatçı Dağlıq Qarabağ rejimi bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Xankəndində aeroportun açılmasını Ermənistan ilə danışıq prosesinə ciddi zərbə olduğunu bəyan edib. /ANS/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG