Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Neftçinin oyunundan qabaq 100 min dollar təklif olunduğunu deyən hakim uzaqlaşdırıldı


Bolqarıstanlı futbol hakimi Hristo Ristoskov qeyri-müəyyən müddətə hakimlikdən uzaqlaşdırılıb.
Bolqarıstan Futbol Federasiyası bildirib ki, buna səbəb onun CSKA (Sofia) –Ludoqorets oyununda buraxdığı çoxsaylı səhvlərdir.

41 yaşlı keçmiş UEFA hakimi 2006-cı ildə Levski Sofia- CSKA oyunundan sonra 3 maskalı adam tərəfindən döyülmüşdü.

Keçən il isə dedi ki, 2007-ci ildə Neftçi (Bakı) - SV Ried (Avstriya) oyunundan qabaq ona 100 min ABŞ dolları təklif olunmuşdu ki, oyunda tərəfkeşklik etsin, ancaq o, razı olmayıb. (Reuters)
XS
SM
MD
LG