Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:09

Son illər ABŞ vətəndaşlarına Azərbaycandan övladlığa uşaq verilməyib


-
2012-ci il noyabrın 1-dən ABŞ ilə Rusiya arasında övladlığagötürmə haqqında bağlanmış ikitərəfli saziş qüvvəyə minib.

Bununla əlaqədar Övladlığagötürmə üzrə İnformasiya və Xidmət Şöbəsi ABŞ vətəndaşlarının övladlığa götürdüyü uşaqların sayı haqqında araşdırma aparıb. Araşdırma 2000-2011-ci illəri əhatə edir.

Övladlığa götürülmə ilə bağlı qanunvericilik dünyada fərqlənir. Bu, hər övladlığa götürülən uşağın ölkəsinin qanunvericiliyinə uyğun həyata keçirilir.

ABŞ övladlığa götürmələrin sayına görə dünya üzrə liderdir. Ortalama hər il amerikalılar 20 min uşağı övladlığa götürürlər. Bununla belə, 2008-ci ildən azalma qeydə alınıb. 2010-cu ildə bu rəqəm 11100, 2011-ci ildə isə 9504-ə düşüb.

Ölkələr üzrə göstəricilərə gəldikdə, 2011-ci ildə ən çox Çindən (2607), Efiopiyadan (1734), Rusiyadan (964), Cənubi Koreyadan (741) və Ukraynadan (631) uşaq övladlığa götürülüb.

Cənubi Qafqaz ölkələrinə gəldikdə, 2002 - 2004-cü illər ərzində bu ölkələrdən övladlığa götürülmə halları çoxalıb. Xüsusilə də Gürcüstandan. 2003-cü ildə ABŞ vətəndaşları Gürcüstandan 124 uşağı övladlığa götürüblər.

2009, 2010 və 2011-ci illərdə ABŞ vətəndaşları Azərbaycandan heç bir uşağı övladlığa götürməyiblər.

Uşaq Hüquqları Klinikası qeyri-hökumət təşkilatının rəhbəri Nazir Quliyev deyir ki, 2006-cı ilə qədər Azərbaycandan əcnəbilərə daha çox uşaq övladlığa verilib. 2005-ci ildə Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsi yaranandan sonra əcnəbilərə uşaqların verilməsi bu komitəyə həvalə olunub:

«Xüsusilə 2006-cı ildən sonra əcnəbilərə övladlığa verilmə əsaslı dərəcədə azaldı. Hazırkı qanunvericiliyə görə, övladlığa uşaq götürmək istəyən əcnəbilər Ailə, Qadın və Uşaq problemləri üzrə komitəyə müraciət etməlidirlər. Həmin ölkənin müvafiq qurumlarından məktub gətirməlidirlər. Eyni zamanda son dövrlər çalışılır ki, xüsusən səhhətində problem olan uşaqları əcnəbilərə övladlığa versinlər. Yəni, sağlam uşaqların övladlığa verilməsi bir növ məhdudlaşdırılıb».

Nazir Quliyev övladlığa götürmə ilə bağlı qanunvericilikdə çətinliklərin olduğunu deyib. Onun fikrincə, bu sahədə qanunvericilik Avropa standartlarına uyğunlaşdırılmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG