Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Monqollar sonuncu Lenin heykəlini də götürdülər


Leninin heykəli götürülür, 14 oktyabr 2012
Leninin heykəli götürülür, 14 oktyabr 2012
-
Monqolustanda Leninin heykəlinin postamenti boş qalıb.

Türk mediasının yazdığına görə, paytaxt Ulan-Batorda keçən ay xüsusi mərasimlə götürülən 4-metrlik heykəl yeni sahibini gözləyir.

Heykəlin 280 dollar ilkin qiymətlə hərraca çıxarılacağı xəbər verilir.

Deyilənə görə, Leninin heykəlinə sahib olmaq istəyənlərin sayı yetərincədir.

Hərracdan əldə edilən gəlirlə yeni bir heykəl yapılacağı və onun da boş postamentə qoyulacağı bildirilir.

Ulan-Bator bələdiyyəsi artıq 2 telefon xətti quraşdırıb yeni heykəlin kimə qoyulacağı barədə səsvermə keçirir.

Səsvermənin ilkin nəticələrinə əsasən, Leninin yerinə 2008-ci il seçimlərində meydana gələn xaosda ölən 5 nəfərin və ya Monqolustanın ilk başqanı Amarın heykəli ucala bilər.

Ulan-Bator Bələdiyyə başqanı Bat-Uul Erdene xalqa müraciət edərək, daha çox səs alanların ikisindən birini seçmələrini rica edib.

Səsvermə davam edir.

Xatırladaq ki, Ulan-Batorda Leninin heykəli 58 il öncə ucalmışdı. Bu, Monqolustandakı sonuncu Lenin heykəli idi.

Xəbərdə vurğulanır ki, 1990-cı ildə təkpartiyalı sistemi tərk edən Monqolustanın orta məktəb kitablarında bir vaxtlar Lenin «Lenin müəllim» deyə göylərə qaldırılırmış.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG