Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 18:27
Baş nazir İvanishvili deyib ki, prezident Saakashvili tutduğu prezident sarayından çıxmalıdır.

Jurnalistlərlə görüşən İvanishvili bildirib ki, Gürcüstan hökuməti üçün belə bir sarayı saxlamaq çox baha başa gəlir.

Baş nazirin sözlərinə görə, prezident sarayının xərcləri “mənəviyyatsızlıqdır”, bu pula “çox sayda qaçqınlara və kasıblara kömək etmək olar”.

İvanishvili deyib ki, prezident sarayının təkcə işığına ildə 500 min dollar məbləğində pul gedir.

Baş nazirin fikrincə, Saakashvilinin prezident ofisi Tbilisinin Dövlət Kargüzarlıq binasına köçə bilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG