Keçid linkləri

2026, 14 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:38

100-dən çox brend Özbəkistan pambığını boykot edir

Dünyanın paltar buraxan və satan 100-dən çox məşhur şirkəti Özbəkistan pambığını almağı boykot edir.

Bunu Kaliforniyada qərarlaşan əmək haqları üzrə təşkilat bildirir.

Responsible Sources Network adlı təşkilatın direktoru Patricia Jurewcz deyir ki, Wallmart, Zara, American Eagle kimi şirkətlər boykota qoşulublar.

Boykota səbəb Özbəkistanda pambığ yığımına uşaqların cəlb olunmasıdır.

Jurewczin sözlərinə görə, Özbəkistanda pambıq yığımında uşaq əməyindən istifadəni qadağan edən prezident fərmanı verilsə də , 15 yaşından 18 yaşınadək uşaqlar yenə də pambıq yığmağa məcbur edilir.
​
XS
SM
MD
LG