Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Moskvada mormonlar əleyhinə nümayiş olub


Rusiyada Kremlpərəst gənclər təşkilatı Moskvada mormonlar əleyhinə nümayiş keçirib.
Təşkilatın liderlərindən olan Yekaterina Stenyakina deyir:

“Mormonlar ABŞ-dan maliyyələşir. Biz bundan narahatıq. Təkcə ona görə yox ki, bu sektadır. Həm də ona görə ki, bu, siyasi təbiətli təşkilıatdır”.

Gənclər tələb ediblər ki, hüquq-mühafizə orqanları mormonlara diqqət yetirsinlər.

Mormonlar dini və mədəni qrupdur. Onlar özlərini xristian hesab edir. Ən böyük mormon qrupu ABŞ-dadır. Burda 6 milyon mormon var.
Prezidentliyə namzəd Mitt Romney də mormondur.
XS
SM
MD
LG