Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:14

Gəncədə çörəyin çəkisi az, keyfiyyəti aşağıdır


-

Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsinin 2 saylı Texniki Təmizlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşlarının Gəncədə apardığı reydlər zamanı bu qənaətə gəliblər.

Belə ki, yoxlamalar zamanı müəyyənləşib ki, unun saxlanılması, çörəyin hazırlanması ilə bağlı bir sıra problemlər mövcuddur. Çörəyin çəkisini müəyyən etmək üçün istifadə olunan tərəzilər və tərəzi daşlarının kustar üsulla hazırlandığı ortaya çıxıb.

Müəyyənləşib ki, hazırda Gəncədə 500 qram adı ilə satılan, lakin xalis çəkisi 450 qram olan çörəyin qiyməti 30-50 qəpik arasında dəyişir.

Həmçinin çörək hazırlayan sexlər xammalın sertifikatını da təqdim etməyiblər. Reyd zamanı işçilərin geyimləri ilə yanaşı, sexin antisanitar vəziyyətinin heç bir gigiyenik tələblərə cavab vermədiyi aşkarlanıb.

Reydlərin sonunda tələblərə cavab verməyən 3 çörək sexinin fəaliyyəti dayandırılıb.
XS
SM
MD
LG