Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

Bakıda hərbi şəhərcikdə yanğın olub, bir zabit yaralanıb


-

Müdafiə Nazirliyinin Zirədə yerləşən şəhərciyində qəza baş verib. APA-nın məlumatına görə, ordunun leytenantı Xudatov Arif Yusif oğlunun yaşadığı yerdə yanğın zamanı bədən xəsarətləri alıb. Zabit Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Bildirib ki, hazırda zabitin vəziyyəti stabil ağır qiymətləndirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qəza zamanı yanıq xəsarətləri alan zabit A. Xudatov Gəncə şəhərindən xidmətə çağırılıb.
XS
SM
MD
LG