Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:15

Suriyada üsyançılara havadan zərbələr endirilir


Suriyada təyyarələrdən üsyançıların yerləşdikləri məntəqələrə hava zərbələri endirlir. Yayılmış video görüntülərdə Dəməşq yaxınlığındakı Kefir Batna, Cisrin və Sakba məntəqələrinin bombalandığı görünür.

İki gün əvvəl isə Dəməşqə şiə məscidinin qarşısındakı meydanda partlayış olub. 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

Suriya dövlət televiziyasının məlumatına görə, partlayış el-Saide Zeynep məhəlləsində olub. Həmin vaxt ikinci bir partlayışın qarşısı alınıb.
XS
SM
MD
LG