Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Orta məktəblərdə payız tətilinin müddətində dəyişiklik olub


-

Azərbaycanın orta məktəblərində payız tətilinin müddətində dəyişiklik olub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məktəblilərin payız tətilinin müddəti noyabrın 12-dən 17-nə qədərdir.

Lakin Azərbaycan Nazirlər Kabineti Dövlət Bayraq Günü münasibətilə noyabrın 9-nu «qeyri-iş günü» elan etdiyindən tətil günlərində də dəyişiklik olub. Belə ki, noyabrın 9-u cümə gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərdə şagirdlər məktəbə noyabrın 19-da gələcək, 10 gün istirahət edəcəklər. 6 günlük qrafiklə işləyən məktəblərdə isə noyabrın 10-da dərs olacaq. Həmin məktəblərin şagirdləri də tətildən noyabrın 19-da qayıdacaqlar.
XS
SM
MD
LG