Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:21

Kolumbiyada uşaq bayramında partlayış olub


Kolumbiyanın Pradera şəhərində baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb.

Partlayış uşaq bayramı keçirilən meydanın yaxınlığında olub.

Polisin məlumatına görə, ölənlərin hər ikisi terror təşkilatçıları ilə əlaqəli şəxslər olub. Onlar narkotik ticarəti ilə məşğul olan dəstənin üzvü olub.

Yaralılar arasında çoxlu uşaqlar var. Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
XS
SM
MD
LG