Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 06:12

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var


Arxiv foto
Arxiv foto
-

Noyabrın 2-si səhər saatlarında Bakıda iki sərnişin avtobusu toqquşub. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.

Hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb.

198 saylı xətt avtobusu qarşıdan gələn digər sərnişin avtobusu ilə toqquşub, daha sonra isə işıqforun dirəyinə çırpılıb. Nəticədə hər iki avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, xəstəxanaya avtobus qəzasında xəsarət alan 7 nəfər daxil olub.

Yaralıların bir qisminə isə elə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
XS
SM
MD
LG