Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Naxçıvan Mətbuat Şurasının hesabatı dinlənilib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 10 iyul 2012. sayı: 127 (20.532)


SAHİBKARLARI MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ DAVAM EDİR

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin tədris zalında Naxçıvan Biznes Mərkəzinin təşkilatçılığı ilə sığorta və sığorta fəaliyyəti haqqında sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq, diqqəti bu sahəyə cəlb etmək məqsədilə sahibkarlar üçün maarifləndirici treninq keçirilmişdir. Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin və Biznes Mərkəzi əməkdaşlarının iştirak etdikləri treninqdə Naxçıvan Muxtar Respublikası Dövlət baş Sığorta Agentliyinin aparıcı mütəxəssisi Sədi İsmayılovun «Dövlət idarə və təşkilatlarında sığortanın təşkili» mövzusunda məruzəsi dinlənilmişdir.

Tədbirdə dövlət sığortası sisteminin fəaliyyəti, sığorta sistemi və onun təşkili, sığortanın funksiyaları, növləri, sahibkarlıq risklərinin sığortası, kommersiya risklərinin sığortası, sığortaçının gəlirləri, xərcləri, maliyyə nəticələri və digər məsələlər slayd vasitəsilə izah olunmuş, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.

NAXÇIVAN MƏTBUAT ŞURASININ 4-CÜ KONFRANSI KEÇİRİLMİŞDİR

...Konfransda Mətbuat Şurasının üzvləri, «Şərq Qapısı», şəhər və rayon qəzetlərinin, «Əcəmi» Nəşriyyat – Poliqrafiya Birliyinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar və qocaman jurnalistlər iştirak etmişlər.

Konfransın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:

1. Naxçıvan Mətbuat Şurasının hesabatı
2. Mətbuat Şurası Nəzarət – Təftiş Komissiyasının hesabatı
3. Təşkilati məsələ

Konfransın gündəliyi təsdiq edildikdən sonra iş qaydası müəyyənləşmiş, Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcovun birinci məsələ ilə bağlı məruzəsi dinlənilmişdir.

...Gündəlikdə duran ikinci məsələ ilə bağlı Mətbuat Şurasının Nəzarət – Təftiş Komissiyasının sədri Hüseyn Şəkərəliyevin hesabatı dinlənilmiş, müzakirə olunan məsələlər barədə Naxçıvan Mətbuat Şurasının 4-cü konfransının qərar layihəsi oxunmuş və qəbul olunmuşdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- AMEA Naxçıvan Bölməsində tədbir
- Gənclərimiz hərbi xidmətə yola salınıblar
- Boks üzrə açıq birincilik
XS
SM
MD
LG