Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:39

Mitinqin təşkilatçıları polisə çağrılıb


Foto arxiv
Foto arxiv
İctimai Palatanın noyabrın 2-nə Milli Məclisin qarşısına təyin etdiyi piketin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıblar.

Bu barədə APA agentliyi AXCP-ın üzvü Ramiz Əhədova istinadla xəbər verir.

Aksiyanın təşkilatçılarına xəbərdarlıq edilib ki, mitinq icazəsiz olduğundan qarşısı alınacaq və ictimai asaiş pozulsa məsuliyyət təşkilatçıların üzərinə düşəcək.

Qarşı tərəf isə aksiya keçirməyin onların konstitusion hüququ olduğunu və Milli Məclisin qarşısında mitinq keçirməkdə israrlı olduqlarını bildirib.

İctimai Palata noyabrın 2-də Milli Məclisin qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ediləcək düzəlişlərə etiraz olaraq, mitinq keçirməyi planlaşdırır.

Bakı Şəhər İcra Hakimiyyəti isə aksiyanın həmin yerdə keçirilməsinə icazə verməyib.
XS
SM
MD
LG