Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 10:12

Rusiyada internet saytlarına qarşı qanun qüvvəyə minib


Foto arxiv
Foto arxiv
Rusiyada internet saytlarının qara siyahısı ilə bağlı qanun bu gündən qüvvəyə minib.

Mübahisəli qanun təhqiramiz sayılan materiallara çıxışı bağlamaq imkanı açır.

Rusiya hökuməti deyir ki, məqsəd, uşaqları parnoqrafiya, intihar və narkotiklərə meylləndirən materiallardan qorumaqdır.

Amma söz azadlığının tərəfdarları hesab edir ki, bundan hökuməti tənqid edən yazıların qarşısının alınmasında da istifadıə oluna bilər.

Qanuna qarşı çıxan “Yandeks” və “Mail ru” şəbəkələri bəyan edib ki, bu internetdə böyük senzuraya səbəb olacaq.

Qara siyahıya düşən saytların siyahısını zapret-info.gov.ru saytında görmək olar.
XS
SM
MD
LG