Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Azərbaycandan insan alveri qurbanlarının çoxu Türkiyəyə aparılır


Arxiv foto
Arxiv foto
-

2012-ci ilin on ayında Azərbaycanda insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiya Federasiyasına aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə (MM) təqdim etdiyi illik hesabatında bildirilir.

Məlumata görə, insan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub.

Qurbanlardan 4-ü təhsilsiz (7,4 faiz), 4-ü natamam orta (7,4 faiz), 45-i orta təhsilli (84,9 faiz), 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayan olub.

«Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsidir və son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb», deyə Milli Koordinatorun MM-ə təqdim etdiyi sənəddə qeyd olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG