Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

Mekel: "Türkiyə ilə üzvlük danışıqları davam etdirilməlidir"


 Angela Merkel
Angela Merkel
“Bəzi fikir ayrılıqlarına baxmayaraq Türkiyənin Avropa Birliyininə qəbuluyla bağlı danışıqlar davam etdiriləcək.”

Bunu Almaniyanın kansleri Angela Merkel Barlində Türkiyənin baş naziri Receb Tayeb Erdoganla görüşdən sonra deyib.

Erdogan isə qeyd edib ki, əgər Türkiyə 2023-cü ilədək Avropa Birliyinə qəbul edilməsə Ankaranın buna marağı itə bilər.

1987-ci ildə Avropa Birliyinə üzvlük ərizəsi verən Türkiyə 1999-cu ildə namizədlik statusu alıb.

2005-ci ildən başlanan danışıqlar Kipr məsələsinə görə düyünə düşüb.

Kipr Respublikası Avropa Birliyinin üzvüdür.

Türkiyə onun müstəqilliyini tanımır.
Fransa ilə Almaniya isə Türkiyənin Avropa Birliyinə qoşulmasına qarşı çıxırlar.
XS
SM
MD
LG