Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Qasırğadan sonra ABŞ özünə gəlməyə çalışır


Breezy Point-da yanmış kvartalların sakinləri
Breezy Point-da yanmış kvartalların sakinləri
ÖLƏNLƏRİN SAYI ARTIR

ABŞ-ın Şərq sahillərini vuran Sandy qasırğasından ölənlərin sayı 45-ə çatıb. Əksəriyyəti də ağacların yığılması zamanı altında qalanlar olub. Təkcə Nyu Yorkda 18 nəfər ölüb.

Amma qasırğa nəticəsində elektrik xətləri və transformatorlarında qəzalar üzündən 8 milyona yaxın ev və iş yerləri hələ də işıqsızdır.


5 KVARTAL YANIB

Ən böyük zərər dəyən yerlədən biri də Bruklinin Briz-Point yerdiri, burada qasırğa ilə eyni anda başlanan yanğın nəticəsində 5 kvartalda 101 ev yanıb-kül olub. Xoşbəxtlikdən yanğında kimsə ölməyib.


METRO TUNELLƏRİ SU İLƏ DOLUB

107 ildə bir dəfə dəniz suyunun girmədiyi Nyu-York metrosu da hələ qapalıdır. Azı 7 tunel hələ də ağzına qədər su ilə doludur. Hələ də rəsmilər suyu tunellərdən necə çıxaracaqlarını və tunellərdəki elektrik xətlərinə ziyan dəyib-dəymədiyini bilmirlər.

Nyu-Yorkun meri Michael Bloomberg deyib ki, şəhərdə elektrik enerjisinin bərpası 3 gün, metronun açılması 5 gün sürəcək.

“Bu çox dağıdıcı qasırğa idi, bəlkə də gördüyümüz ən ağır qasırğaydı. İlkin olaraq xilasedicilər şəhəri qorumaq, insanları xilas etməklə bizi qasırğadan qorumağa çalışdılar, elə indi də yanğınların söndürülməsi, itkin düşənlərin axtarılması və xilasetməsi ilə məşğuldurlar və buna görə onlara sonsuz təşəkkür düşür” .

Nyu-York v Nyu-Cersidə Dəmiryol xətləri, avtomobil tunelləri və sahilə yaxın yerlərdə yolların da çoxu hələ bağlıdır.


ƏSAS ZƏRBƏ NYU-YORK VƏ NYU-CERSİYƏ DƏYİB

Qasırğanın vurduğu əsas şəhərlər olan Nyu-Yorkun 3 aeroportundan ancaq Kennedy aeroportu və Nyu-Cersinin Nyuark beynəlxalq aeroportu bu gündən – oktyabrın 31-dən qismən reysləri qəbul etməyə başlayıb. Sandy super-qasırğası üzündən bütün Amerikada 18 min reys təxirə salınmışdı.

Rəsmilər bildirirlər ki, 130 illik tarixi boyunca həftə-içi pis hava şəraiti üzündən bir dəfə bağlanmayan Nyu-York Qiymətli Kağızlar Birjası Bazar ertəsi və Çərşənbə axşamı apalı olsa da, Çərşənbə günü açılması gözlənilir. Vaşinqtondakı ABŞ hökumət idarələri də oktyabrın 31-dən yenidən işə başlayır.


10 MİLYARD DOLLARDAN ÇOX ZİYAN

Hazırda dəyən ziyanın hesablanması və zərərin aradan qaldırılması üzərində iş gedir. İlkin ehtimallara görə, qasırğanın vurdğu ziyan 10 milyard dollardan artıq olub.

Qasırğa ilə bağlı seçki kampaniyasını təxirə salan prezident Barack Obama vəziyyətlə yerində tanış olmaq üçün bu gün Nyu-Cersiyə gəlir.

Qasırğa nəticəsində ən böyük zərbə də məhz Nyu-Cersiyə dəyib. Nyu-Cersinin qubernatoru Chris Christie deyir ki, bu ştatda elektrik enerjisinin bərpası azı 10 gün çəkəcək. Qubernatorun sözlərinə görə, ştatın sahil yerlərindəki evlərə və iş yerlərinə dəyən ziyanı təsəvvürə belə gətirmək olmur.

Respublikaçıları dəstəkləyən və tez-tez prezident Obamanı tənqid etməsiylə tanınan qubernator Christie qasırğadan sonra prezident haqda fikrini dəyişib.

“Bura gəlməzdən əvvəl bir daha prezidentlə telefonla danışdıq, bilirsiniz o necə qərarlıdır. O Nyu-Cersinin ən ağır zərbə aldığını yaxşı bilir və burda bərpa işlərini apara bilməmiz üçün nə lazımdırsa edir. Buna görə mən ona minnətdaram”.


İKİ ŞTATDA "FƏLAKƏT ZONASI" ELAN EDİLİB

Obama qasırğadan dərhal sonra Nyu-York və Nyu-Cersidə böyük fəlakət zonası elan edib. Bu qərar imkan verəcək ki, sözügedən ştatlarda xilasetmə və bərpa işlərinə dövlət büdcəsindən milyardlarla dollar ayrıla bilsin.

Jurnalistlərlə söhbətində Obama deyib ki, dövlət qurumlarına ziyan görən icmaların ehtiyaclarını qarşılamaq üçün nə lazımdırsa etməyi tapşırıb.

"Mən federal qurumlara göstəriş verdim ki, “mənə nəyi – nəyə görə edə bilməyəcəyimizi deməyin. Mən sizdən bunu necə eləməyin yollarını tapmağı tələb edirəm. Tələb edirəm ki, harada, nə lazımdırsa olunsun, bürokratik əngəlləri ləğv edilsin. İndiki vəziyyətdə əlini-qolunu sallayıb durma yolverilməzdir. Mən hər bir dövlət agentliyindən durmadan işləməyi və lazım olan resursları tapmağı tələb edirəm”.

Sandy qasırğası ABŞ sahillərini urmazdan öncə Karib dənizində də 70-ə yaxın adamın ölümünə səbəb olmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG