Keçid linkləri

2026, 20 İyul, bazar ertəsi, Bakı vaxtı 10:30

Səudiyyə Ərəbistanında toyda 25 nəfər ölüb

Səudiyyə Ərəbistanında keçirilən bir kənd toyunda elektrik xətti toya gələnlərin üstünə düşüb. Bundan sonra yanğın olub. 25 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisə Abkaik bölgəsinin Eyn Bedr kəndində olub. Toyda yüzlərlə adam iştirak edirmiş. Toya gələnlərdən biri havaya atəş açıb, bundan sonra elektrik xətti qırılıb camaatın üstünə düşüb.

Al-Arabia telekanalının məlumatına görə, ölən və yaralananların çoxu qadınlar olub. Yaralılar xəstəxanalara aparılıb.
This item is part of
XS
SM
MD
LG