Keçid linkləri

2026, 17 Avqust, bazar ertəsi, Bakı vaxtı 09:25

İlham Əliyev Bülbülün abidəsinin açılışında iştirak edib

-

Oktyabrın 30-da prezident İlham Əliyev Bakıda, Bülbül prospektində opera müğənnisi Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

Abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir.

Azərtac-ın məlumatına görə, mərasimdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq artisti Arif Babayev, Rusiyanın xalq artisti Sergei Leiferkus, fransız sənətkar Robert Koerner, müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün xidmətlərindən danışıblar.
This item is part of
XS
SM
MD
LG