Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Buraxılış və qəbul imtahanları birləşdirilə bilər


Şəmsəddin Hacıyev
Şəmsəddin Hacıyev
Yaxın illərdə Azərbaycanda orta məktəblərin mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər. Trend-in məlumatına görə, bunu oktyabrın 31-də jurnalistlərə Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

«Biz hələ ki, bununla bağlı məsləhətləşirik, ictimai fikri öyrənirik. Amma hər halda bəzi ölkələrin təcrübəsi göstərir ki, bu sistem özünü doğruldur, bəzilərinin təcrübəsi isə onu göstərir ki, bu, özünü doğrultmur. Biz də bu təcrübələri öyrənməliyik», Hacıyev bildirib.

O, əlavə edib ki, ali məktəblərə testlə qəbulun ləğv edilməsinin tərəfdarı deyil.

«Şəxsən mən bu gün testin ləğvini deyil, onun daha da təkmilləşdirilməsinin tərəfdarıyam. Testlərin hazırlanma səviyyəsi, «Təhsil haqqında» qanunda nəzərdə tutulan bəzi müddəaların olduğu kimi təsbit olunması, regional mərkəzlərin yaradılması, abituriyentlərə maksimum səviyyədə seçim imkanlarının yaradılmasıdır. Artıq bu təcrübələr tətbiq olunur», Hacıyev əlavə edib.

O, qeyd edib ki, «Ali təhsil haqqında» qanun layihəsi yekunlaşmayıb. Layihə hazırda işçi qrupu səviyyəsində hazırlanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG