Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

30 ildən sonra Əfqanıstanda boks yarışı keçirilib


Hamid Rahimi qələbəsini qeyd edir
Hamid Rahimi qələbəsini qeyd edir
30 il fasilədən sonra Əfqanıstanda ilk dəfə olaraq beynəlxalq peşəkar boks yarışı keçirilib. Oyunda əfqanıstanlı boksçu Hamid Rahimi qalib gəlib.

Rahimi Beynəlxalq Boks Federasiyasının paytaxt Kabildə keçirdiyi qitələrarası boks yarışında tanzaniyalı rəqibi Said Mbelwa-ya qalib gəlib.

Əfqan televiziyası matçı canlı yayımlayıb.

Yarışla bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. Bir neçə millət vəkili, nazir müavini və hökumət nümayəndəsi oyunu zalda izləyib.

Rahimi qələbəsinin ölkəsi üçün yeni başlanğıc olduğunu bildirib.

Bu arada prezident Hamid KarzaiHamid Rahimi və əfqan xalqını qələbə münasibətilə təbrik edib. Həmçinin Əfqanıstandakı yarışa qatıldığına görə, tanzaniyalı idmançıya təşəkkür edib.

Taliban dövründə boks yarışları ləğv olunmuşdu.
XS
SM
MD
LG