Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Neçə illər sonra Əfqanıstanda boks yarışı keçirilib


Neçə illər sonra Əfqanıstanda ilk dəfə olaraq peşəkar boks yarışı keçirilib. Oyunda boksçu Hamid Rahimi qalib gəlib.

Rahimi Beynəlxalq Boks Federasiyasının paytaxt Kabildə keçirdiyi qitələrarası boks yarışında Tanzaniyadan olan rəqibi Said Mbelvaya qalib gəlib.

Əfqan televizyası matçı canlı yayımlayıb.

Yarışla bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. Bir neçə millət vəkili, nazir müavini və hökumət nümayəndələri oyunu zalda izləyib.

Rahimi qələbəsinin ölkəsi üçün yeni başlanğıc olduğunu bildirib.

Taliban dövründə boks yarışları ləğv olunmuşdu.
XS
SM
MD
LG