Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 10:32

Rusiyada Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən polislər saxlanılıb


İllustrsiya fotosu
Moskvada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən 3 polis əməkdaşı və onların bir tanışı saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı idarəsinin məlumatına görə, polislər post-patrul xidmətinin əməkdaşları olublar.

İstintaqın məlumatına görə, sentyabrın 5-dən 6-na keçən gecə onlar Azərbaycan vətəndaşına məxsus maşınla şəhər ətrafına gedirmişlər. Yolda onların arasında mübahisə düşüb. Mübahisə edən şəxslər azərbaycanlı sürücünü öldürüb, cəsədini gizlədiblər, maşını isə satmağa çalışıblar.
XS
SM
MD
LG