Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:34

Klitschkonun partiyası seçkidə 3-dür


Vitaly Klitschko
Vitaly Klitschko
Ukraynada keçirilən parlament seçkisində hakim “Regionlar” və müxalifətdə olan “Batkivşina” partiyası arasında fərq 4 faiz azalıb.

Səslərin 92 daizinin nəticəsinə görə hakim partiya 31 faizdən bir qədər artıq, “Batkivşina” partiyası isə təxminən 25 faiz səs toplayıb.

3-cü yerdə, 13,6 faiz səslə müxalifət blokuna daxil olan boksçu Vitaly Klitschkonun “Zərbə” partiyası, 4-də isə təxminən eyni səslə kommunistlər gəlir.

10 faiz səslə millətçi “Azadlıq” partiyası da parlamentə düşüb.

Artıq görsənir ki, hakim partiya parlamentdə böyük əksəriyyət qazana bilməyəcək.

ATƏT və Birləşmiş Ştatlar seçkini tənqid ediblər.
XS
SM
MD
LG