Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 08:47

James Bond haqda yeni film rekord qırır


"Skyfall"un Moskva premyerası. 24 oktyabr 2012
"Skyfall"un Moskva premyerası. 24 oktyabr 2012
-

Supercasus James Bond (Ceyms Bond) haqda 23-cü film premyera uik-endində rekord qırıb.

Ötən həftənin sonu dünyanın bir neçə ölkəsində, o cümlədən Rusiyada ekranlara çıxan “Skyfalll” filmi ümumilikdə 77 milyon dollar toplayıb.

Bu, 2012-ci ilin filmləri arasında ən yaxşı göstəricidir. 2D formatlı filmlər arasında isə indiyəcən göstərilmiş ən yaxşı start göstəricisi.

“Skyfall”un ilk uik-end nəticələri Bond haqda ən populyar filmin - “Royal kazinosu”nu da ötüb.

77 milyonun təxminən yarısı superagentin vətənində - Britaniyada toplanıb.

ABŞ-da bondiananın premyerası adətən bir az gec olur.

“Skyfall” ABŞ və Kanadada noyabrın 9-da ekranlara çıxacaq.

James Bond obrazını yaradan yazıçı İan Fleming 2-ci Dünya Müharibəsi vaxtı Britaniya Kral Donanmasında kəşfiyyat rəisinin şəxsi köməkçisi olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG