Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:03

E.Sabiroğlu:"Yaxın vaxtlarda torpaqlarımız işğaldan azad ediləcək"


 Eldar Sabiroğlu
Eldar Sabiroğlu
“Bu gün döyüş bölgəsi, qoşunların təmas xəttində ən müasir silahlar yerləşdirilib və bununla düşmənin istənilən məsafədəki mövqeini vurmaq mümkündür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Eldar
Sabiroğlu Tərtərdə – cəbhə xəttində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, erməni təcavüzünün qarşısını almaq qarşıda duran əsas vəzifədir və yaxın vaxtlarda torpaqların işğaldan azad edilməsinin şahidi olacağıq.

Eldar Sabiroğlu son illər Azərbaycanda ordu quruculuğu istiqamətində böyük işlər görüldüyünü və ən müasir silahlar alındığını bildirib.
XS
SM
MD
LG