Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:58
-
BMT İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan əyalətlərinin ortasında yerləşən, sürətlə qurumaqda olan Urmiya gölünün bərpası üçün 135 milyon dollar vəsait ayırıb.

İran Ətraf Mühit Təşkilatının rəhbəri Mohammad-Javad Mohammadizadeh oktyabrın 29-da jurnalistlərə açıqlamasında deyib ki, Urmiya gölünün bərpası üçün İrana maddi yardım BMT İnkişaf Proqramı çərçivəsində ayrılıb.

Mohammad-Javad Mohammadizadeh bildirib ki, Urmiya gölünün qurumasının əsas səbəbi gölə axan çaylardan qanunsuz olaraq həddən artıq istifadə edilməsidir, çünki belə istifadə çay sularının gölə çatmasına mane olur.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühit İdarəsinin rəhbəri Hasan Abbasnejad jurnalistlərlə söhbətində vurğulayıb ki, artıq Urmiya gölünün 70 faizi - 300 min hektarı quruyub və böyük bir şoranlıq əmələ gəlib. /Media Forum/

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG