Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 16:53

Ukraynada bülletenlərin 87 faizi sayılıb


Ukraynada bazar günü keçirilmiş parlament seçkiləri ilə bağlı səslərin sayılması davam edir. Artıq bülletenlərin 87 faizi sayılıb.

Hakim Regionlar Partiyası səslərin 32 faizini, müxalif “Batkivşina” isə 24 faizini yığıb. Üçüncü yerdə 14 faiz səslə Kommunist Partiyası gəlir. Məşhur boksçu Vitali Klichkonun UDAR partiyası və millətçilərin Azadlıq partiyası isə sonrakı yerləri bölüşür.

Artıq indidən prezident Victor Yanukovichin Regionlar Partiyasının parlamentdə daha çox deputat yeri qazanacağı məlumdur.
XS
SM
MD
LG