Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:56

Suriyada şiddətli döyüşlər davam edir


Dəməşq ətrafında, Hələb və Homs şəhərlərində hökumət qüvvələri ilə üsyançılar arasında şiddətli döyüşlər davam edir.

Müxalifət fəallarının məlumatına görə, Homs şəhərinin ətrafına endirilən hava zərbələri nəticəsində iki üsyançı ölüb, 10 nəfər yaralanıb. Həmin ərazidə Azad Suriya Ordusunun dəstələri yerləşir.

Bu gün BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi münaqişənin həlli ilə bağlı Çin rəhbərliyindən dəstək almaq üçün Pekinə gedib. Bundan əvvəl isə Brahimi Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdən sonra bildirib ki, “Suriyada vəziyyət pisdir və daha da pisləşir. Dünya ictimaiyyəti Suriya böhranının həll olunması üçün səylərini birləşdirməlidir”.

Lavrov isə deyib ki, hökumət qoşunları ilə üsyançılar atəşkəslə bağlı razılığa gəlməlidir.
XS
SM
MD
LG