Keçid linkləri

2026, 19 Avqust, çərşənbə, Bakı vaxtı 19:31

2014-cü ildə Əfqanıstanda prezident seçkilərinin keçirilməsi planlaşdırılır

2014-cü ildə Əfqanıstanda prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Bu haqda “France Press” Əfqanıstanın Seçki Komissiyasındakı mənbəyə istinadən yazıb. Ancaq məlumat rəsmən təsdiq olunmayıb.

Seçki 2014-cü ilin aprelin 5-də keçiriləcək. O vaxta qədər beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxacağı da gözlənilir.

Əfqanıstan prezident Hamid Karzai artıq ikinci müddətdir prezidentdir. Ona görə də o üçüncü dəfə prezident seçkilərində iştirak edə bilməyəcək.
This item is part of
XS
SM
MD
LG