Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Dəməşqdəki partlayışda 10 adam ölüb


Dünən Suriyada hökumət qoşunlarının təyyarəsi Dəməşq ətrafına zərbələr endirib. Həmin ərazilərdə silahlı müxalifətçilər yerləşibmiş.

Dünən həm də Qurban bayramı ilə bağlı elan olunmuş rəsmi atəşkəsin sonuncu günü idi. Fəalların verdiyi məlumata görə, onlarla ev uçub, ölənlər var.

Suriya dövlət televiziyasının məlumatına görə, Dəməşqdə içinə partlayıcı qoyulmuş maşın partlayıb. 10 nəfər ölüb.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdən sonra bildirib ki, “Suriyada vəziyyət pisdir və daha da pisləşir. Dünya ictimaiyyəti Suriya böhranının həll olunması üçün səylərini birləşdirməlidir”.

Lavrov isə deyib ki, hökumət qoşunları ilə üsyançılar atəşkəslə bağlı razılığa gəlməlidir.
XS
SM
MD
LG