Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 07:09

Sandy qasırğasından 13 nəfər ölüb [Fotolar]


Sandy Massachusetts-ə yaxınlaşır, 29 oktyabr 2012
Sandy Massachusetts-ə yaxınlaşır, 29 oktyabr 2012
-

Sandy qasırğasının ABŞ-ın Şərq sahilini vurması nəticəsində 13 nəfər ölüb, 5.2 milyon nəfər elektriksiz qalıb.

Qasırğa New York City-yə yaxınlaşdıqca özüylə güclü su dalğası da gətirib. İki böyük tunel, yeraltı keçidlər su ilə dolub. Qasırğa ilə nə qədər suyun gəldiyi aydın deyil.

Ölüm halları əsasən New Jersey, New York, West Virginia, Pennsylvania və Connecticut-da baş verib. 13 nəfərin yıxılan ağacların altında qaldığı bildirilir.

«ADAMLAR BU QASIRĞADAN ÖLƏCƏK»

New York-da yüz minlərlə şəxs elektriksiz qalıb, bütün Şərq sahilində isə işıqsız qalanların sayı 5.2 milyon nəfərdir.

Şəhərin meri Michael Bloomberg deyir ki, New York Universitet xəstəxanasında ehtiyat enerji də kəsilib və xəstəxanadakıları çıxarmağa çalışırlar.

New York-da bütün böyük körpülər, məktəblər, aeroportlar və New York Birjası bağlanıb.
Maryland qübernatoru Martin O'Malley deyir ki, «Sandy çox təhlükəli qasırğadır və adamlar bu qasırğada öləcək».

Prezident Obama əhalini yerli rəsmilərin xəbərdarlıqlarına qulaq asmağa çağırıb.

«Sizə deyirlərsə ki, evakuasiya lazımdır, bunu etməlisiniz. Yubanmayın, fasilə etməyin, sizə verilən təlimatlarla bağlı sual verməyin, çünki bu, güclü qasırğadır», Obama belə deyib.

QASIRĞANIN AZADLIQ HEYKƏLİNƏ TƏSİRİ

Azadlıq heykəli təmirdən sonra bazar günü ictimaiyyət üçün açıq olmalıydı. Ancaq Sandy bu ərazidən keçdiyinə görə, bazar ertəsi və çərşənbə axşamı da bağlı qalıb.

Barack ObamaMitt Romney seçki kampaniyası çərçivəsində tədbirləri də müvəqqəti olaraq təxirə salıblar.

Ali məhkəmə də elan edib ki, çərşənbə axşamı yığışmayacaq. Bu günün prosesləri cümə axşamına təxirə salınıb.























AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG