Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:02

Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəyin ölümü ilə bağlı ifadə verib


-
Oktyabrın 29-da Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Bakı şəhər Prokurorluğunda ifadə verib.

O, keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı cinayət işinə görə dindirilib.

M.Mirəlioğlu AzadlıqRadiosuna bildirib ki, o, bir neçə suallara cavab verib:

«Xüsusi olaraq vurğulamışam ki, Əbülfəz Elçibəyin zəhərlənməsi, müayinəsi, müalicəsi və həkimləri ilə bağlı onun özü ilə ətraflı söhbət etmişəm. Kiminsə bundan sonra bu istiqamətdə nəsə deməsi mənim üçün o qədər önəm kəsb eləmir. Bu sualların hər birinin cavabını bəyin özündən almışam. Bəyin fikri qəti şəkildə mənə bu olub ki, bunları sənə yaraşdırmıram. Bəyin mənə yaraşdırmadığı məsələni mən necə deyə bilərəm. Mən bunu dəqiq və hərfinə qədər deyirəm ki, zəhərlənmə ilə bağlı bildiyim bir şey yoxdur».

Əbülfəz Elçibəy 2000-ci ildə Türkiyədə müalicə olunarkən vəfat edib.
XS
SM
MD
LG