Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:05

ATƏT Ukraynadakı seçkiləri demokratik saymadı


Ukraynada həftəsonu keçirilən parlament seçkiləri demokratiya yolunda geri atılmış addım olub. Oktyabrın 29-da Kievdə keçirilən mətbuat konfransında ATƏT-in müşahidə missiyasının rəhbəri Walburga Habsburg Douglas belə deyib.

ATƏT-in rəyinə görə, siyasətçilər seçkinin nəticələrinə təsir edəcək qədər inzibati resurslardan istifadə ediblər. Seçki kampaniyası dövründə media tərəfkeş olub və maliyyə şəffaflığı təmin olunmayıb.

Səslərin 60 faizdən artığı artıq sayılıb. Və ilkin nəticələrə görə, prezident Viktor Yanukovychin Regionlar partiyası 34 faiz səs toplayıb. Həbsdəki eks-Baş nazir Yulia Tymoshenkonun Vətən partiyası 22, Kommunistlər 15, boks üzrə dünya çempionu Viktor Klichkonun Udar partiyası 13 və Azadlıq hərəkatı 8 faiz səs yığıb.

Exit pollara əsasən mübarizə Regionlar partiyası ilə Vətən partiyası arasında gedir.

Qərb dövlətlər 450 yerlik parlamentə keçirilən seçkiləri Ukraynada demokratiya üçün həlledici sınaq olduğunu bildiriblər.
XS
SM
MD
LG