Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:13

20 oktyabr aksiyasında tutulanların apellyasiya şikayəti təmin olunmadı


Oktyabrın 29-u Bakı Apellyasiya Məhkəməsində 20 oktyabr aksiyası zamanı həbs olunan 12 nəfərin apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib. Həmin gün həbs olunan Şahin Mirzəyevin apelyasiya şikayətinə isə yaxın günlərdə baxılacaq.

Bu haqda AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev məlumat verib.

Məhkəmə prosesində inzibati qaydada həbs olunan və cəzası sona çatan 9 nəfərlə birlikdə həbsdəki gənclər də iştirak edib.

Müdafiə tərəfi apellyasiya şikayətində Səbail, Binəqədi və Nəsimi rayon məhkəmələrinin inzibati həbs haqqında qərarlarının ləğvini, həbs olunanlara təzminat ödənilməsini tələb edirdi. Şikayətdə həbs qərarlarının əsassız, siyasi xarakterli olduğu bildirilirdi.

Vəkil bildirib ki, bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.
XS
SM
MD
LG