Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:50

Suriya üzrə xüsusi elçi Moskvada müharibənin həllini axtarır


Suriya üzrə BMT-nin və Ərəb Liqasının xüsusi elçisi Lakhdar Brahimi oktyabrın 29-da Moskvada Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşəcək.

Ötən həftə Suriyada Qurban bayramına görə 4 günlük atəşkəs olsa da, həftənin sonu hökumət qüvvələri ilə üsyançılar arasında yenidən qarşıdurma olub.

Lakhdar Brahimi 19 aydı davam edən, on minlərlə adamın həyatına son qoymuş vətəndaş müharibəsini sülhlə bitirməyə ümid edir.

Elçi Moskvada danışıqlar keçirərkən bazar günü Suryada zorakılıqlar davam edib. Fəallar 110 adamın öldüyünü deyirlər.

Suriyanın hərbi təyyarələri üsyançılar əlində olan üç ərazini bombardman edib.
ı
XS
SM
MD
LG