Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:08

Bazar ertəsi Azərbaycanda hava əsasən yağmursuz olacaq


Foto arxiv
Foto arxiv
Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Gecə Abşeron yarmadasında 14-17°, gündüz 19-23° isti, Bakıda isə gecə 15-17°, gündüz 20-22° isti olacaq.

Naxçıvanda hava əsasən yağmursuz olacaq, gecə 7-12°, gündüz isə 19-24° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq.
Gecə 3-8°, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Gecə 9-14°, gündüz 18-23° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında da gündüz əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Gecə 7-12°, gündüz 16-21° isti, dağlarda 3-7°, gündüz 11-16° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında da gündüz əsasən yağmursuz olacaq, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bu bölkədə gecə 10-15°, gündüz 20-25° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında isə gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecə 14-15°, gündüz 19-24° isti, dağlarda gecə 5-10°, gündüz isə 14-19° isti olacaq.
XS
SM
MD
LG