Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:11

Ukrayna parlament seçir


Simferopolda seçki məntəqsi. 28 oktyabr 2012
Simferopolda seçki məntəqsi. 28 oktyabr 2012
Oktyabrın 28-i Ukraynada Ali Radaya seçkilər keçirilir. Növbəti 5 il müddətinə 450 deputat seçilir. Onların yarısı proporsional, digər yarısı isə mojaritar qaydada müəyyənləşir.

EKZİTPOLUN (Exit-Poll) İLKİN NƏTİCƏLƏRİ AÇIQLANIR

Prezident Yanukovich-in "Regionlar" partiyası -1-ci yer (səslərin 28-30 faizi),
Hazırda həbsdə olan Yuliya Tymoshenko-nun alyansı - 2-ci (24 fazidən artıq)
Boksçu Klitschko-nun UDAR (Zərbə) partiyasl 3-cü (15 fazidən artıq) - Ukraynada ekzitpolların elan olunaun ilkin nəticələri belədir.

Gün ərzində Ukraynada baş verənlərin qısa xülasəsi ilə aşağıda tanış ol. (Seçki xəbərləri daim yenilənir - bu məqaləyə qayıtmağı unutma)

POSUNTULAR HAQDA XƏBƏRLƏR

Ukraynada səhər saatlarında 10-a yaxın seçki dairəsi bəzi problemlərə görə açılmayıb.

Ukrayna seçkiləri


AzadliqRadiosu Ukrayna xidməti parlament seçkilərinin gedişi ilə canlı yayımda

Bu barədə Mərkəzi Seçki Komissiyası xəbər verir.

Amma gün ərzində bu dairələrin işə düşəcəyi bildirilir.

Prezident Victor Yanukovich (Yanukoviç) səs verdikdən sonra deyib:

“Hər bir seçicinin seçkidə iştirakı və məsuliyyətlə səs verməsi çox vacibdir.
Mən insanların yaxşı yaşaması üçün sabitlik və Ukraynanın iqtisadi inkişafına səs verdim”.

Həbsdə olan keçmiş baş nazir və müxalifət lideri Yuliya Tymoshenkonun (Timoşenko) qızı Yevgeniya da səs verib.

Kommunist partiyasının lideri Petr Simonenko jurnalistlərə Donetsk vilayətində kütləvi pozuntulara yol verildiyini deyib.

Amma bu məlumat hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Əsas mubarizə hakim regionlar partiyası ilə birləşmiş müxalifət arasında gedir.

Müxalifət blokuna Yuliya Tymoshenkonun “Batkivşina” partiyası ilə məşhur boksçu Vitali Kliçkonun “Zərbə partiyası daxildir. Oktyabrın 28-i Ukraynada Ali Radaya seçkilər keçirilir. Növbəti 5 il müddətinə 450 deputat seçilir. Onların yarısı proporsional, digər yarısı isə mojaritar qaydada müəyyənləşir.

Sonuncu rəy sorğusuna görə, əsas rəqabət hakim «Regionlar» partiyası, birləşmiş müxalifətin «Batkivşina» və tanınmış boksçu Vitali Klitschko-nun «Zərbə» partiyaları arasında gedəcək.

Parlamentə 5 faizlik həddi keçən partiyalar düşəcək.

Seçkinin gedişini 3800 beynəlxalq müşahidəçi izləyəcək.

Prezident Viktor Yanukovych seçkiqabağı son çıxışında deyib ki, Ukrayna xalqı bu seçkilərdə növbəti 5 illiyə öz ölkəsinin gələcəyini seçəcək.

Müxalifət blokuna daxil olan «Batkivşina» partiyasının hazırda həbsdə olan lideri və keçmiş baş nazir Yulia Tymoshenko seçki ərəfəsində hakim «Regionlar» partiyasına səs verməməyə çağırıb.

YENİ PARLAMENT DEKABR AYINDA İŞƏ BAŞLAYACAQ

Ukraynada 36 milyondan çox seçici var.

Seçkidə iştirak etmək üçün 22 partiya qeydiyyatdan keçib.

Seçki bülleteninə «hamısının əleyhinə» qrafası salınmayıb.

Yeni parlament bu il dekabrın ortalarında işə başlayacaq.

1991-ci ildən bəri müstəqillik qazanan Ukraynada parlamentə seçki sistemi bir neçə dəfə dəyişib. Əvvəl majoritar qayda üzrə keçirildisə, 1998-ci ildən sonra proporsional qayda da seçki sisteminə əlavə olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG