Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:43

Madriddə kütləvi etiraz nümayişi keçirilib


Şənbə günü İspaniyanın paytaxtı Madriddə kəskin iqtisadi tədbirlərə qarşı etiraz nümayişi keçirilib.

Nümayişçilər hökumətin istefasını tələb ediblər.

Nümayiş vaxtı asaişin qorunmasına yüzlərlə polis cəlb edilib.

Hansı ki, polislərin özü də 1 saat əvvəl büdcə xərclərinin ixtisarına etiraz olaraq aksiya keçiriblər.

İspaniya hökuməti gələn il büdcə xərclərini 40 milyard avro ixtisar etmək fikrindədir.

Həmçinin Barselona, Valensiya və digər şəhərlərdə eyni tələblə etiraz nümayişləri keçirilib.
XS
SM
MD
LG