Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 16:32

Minsk qrupu həmsədrləri Paris görüşü haqda bəyanat yayıblar


Elmar Məmmədyarov və Edward Nalbandian
Elmar Məmmədyarov və Edward Nalbandian
-

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ilə bağlı bəyanat yayıb.

Bəyanatda həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıblar. Onlar nazirlərə sülh prosesinin irəliləməsi üçün işçi təklif şəklində ideyalarını təqdim ediblər.

Xarici işlər nazirləri isə sülh nizamlanmasına nail olunması üçün həmsədrlərlə işi davam etdirmək niyyətində olduqlarını təkrarlayıblar.

Nazirlər və vasitəçilər bu ideyaların həmsədrlərin noyabrda regiona nəzərdə tutulan səfərləri zamanı müzakirə olunması barədə də razılığa gəliblər.

NAZİRLƏR GÖRÜŞÜB

Oktyabrın 27-də Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edward Nalbandian arasında görüş keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak edib.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq bildirilib. Həmçinin, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr aparılıb.

Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin davam etdirilməsi əzmində olduqlarını qeyd ediblər.

Eyni zamanda görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub.
XS
SM
MD
LG