-
Oktyabrın 27-də jurnalist, AzadlıqRadiosunun əməkdaşı Çingiz Sultansoyun 60 yaşı tamam olur. Onunla müsahibəni sizə təqdim edirik.
- Çingiz bəy, 60 yaşdan bugünkü jurnalistika, bugünkü ətraf necə görünür?
- Kifayət qədər qarmaqarışıq, dumanlı, amma eyni zamanda işıqlı. Mən işıq da görürəm irəlidə.
- Əsas işıq nədədir? Yəqin, özünüz də fikir verirsiniz ki, jurnalistikanın özü mübahisə predmetidir. Hətta «jurnalist» sözünün gülünc olduğunu ifadə edənlər var, buna ciddi yanaşanlarla yanaşı, kinayə ilə yanaşanlar da var. Bütün bunların fonunda özünüzü necə hiss edirsiz və işıq nədədir?
müstəqil jurnalist, teleaparıcı və ssenarist. 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib.
90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.
Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir.
Bakı Mətbuat Klubunda işlədiyi dövrdə 10 minlərlə yazının mətbuatda işıq üzü görməsinin təşkilatçısı olub.
Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.
2004 və 2009-cu illərdə «Media açarı» mükafatına layiq görülüb.
- Özümü kifayət qədər yaxşı hiss edirəm. Əlbəttə, bundan xeyli yaxşı da ola bilərdi. O ki qaldı kinayə edənlərə, gülənlərə, ağız büzənlərə, söyənlərə və təhqir edənlərə, onlar özləri bilərlər. Biz öz işimizdəyik, o da onların fikirləri və emosiyalarıdır. Jurnalistlər ictimai adamlardır, ona görə onların tanınması, təqdiri və şöhrəti ilə yanaşı, qınağın da olması təbiidir. Amma nəzərə almaq lazımdır ki, qınaq edənlər əsasən tənqid hədəfi olmuş adamlardır. Ona görə onların emosiyasını başa düşmək olar.
- Biz öz işimizi görürük dediniz. Uzun illərdir ki, jurnalistikadasınız, işinizin nəticəsi olaraq nələri saya bilərsiniz?
- Mən 25 ilə yaxındır jurnalistikadayam. 1988-ci ildə «Gənclik» jurnalında başlamışam işləməyə, ondan əvvəl isə 5-3 yazım «Molodyoj Azerbaydjana» qəzetində, Nəcəf Nəcəfovun qəzetində çıxmışdı. «Gənclik» jurnalında isə Məmməd İsmayılla işləmişəm. Bu adamlar və bu media orqanları müstəqil jurnalistikanın bulağı, başlanğıcı olmuş KİV-lərdir. Çox vaxt deyirlər jurnalist sözünün kəsəri azalıb. O mənada mən özümdən bədgüman deyiləm, baxmayaraq ki, az yazan, az çıxış edən jurnalistəm. Elə dövrlər olub ki, illərlə heç nə yazmamışam, amma mən gördüyüm işlərin nəticəsindən razıyam. Birincisi, belə deyək də, mənim 5-3, bəlkə də daha çox yazım olub ki, o yazını qəzet, kitab əhlinin hamısı oxuyub.
- Amma rəsmi qurumların oxuyub hansısa qərar qəbul etməsi, yazının effektinin dövlət səviyyəsində əksini tapması halları olubmu?
- Eləsi də olub. Məsələn, mənim təşkil etdiyim mətbuat konfranslarından sonra həbsdə yatan adam həbsdən çıxıb, azad olub. Elə konfrans olub ki, mən təşkil etmişəm, mən yönəltmişəm danışanı, mən press-relizini yazmışam. «Press-klub»un dövründə elə mətbuat konfransı olub ki, onun nəticəsində kimsə həbsdən çıxıb, kimsə həbsə girib. Elə olub ki, cəzasını dəyişib, evini özünə qaytarıblar. Hətta mətbuat konfransı nəticəsində evlənənlər də olub. Elə konfrans da olub ki, ondan bir həftə keçməmiş prezident Heydər Əliyev fərman imzalayıb və konfransda prezidentə müraciət məktubunun 7 bəndindən 5-i o fərmana düşüb.
- Deyirlər ki, televiziyada sifəti qorumaq çətindir.
- Sifəti qorumaq ümumiyyətlə çətindir, televiziyada da, həyatda da. Hesab edirəm ki, televiziyada daha çətindir sifəti və mənliyi qorumaq. Mənim üçün qürur mənbəyidir ki, mən televiziyaya gəldiyim kimi getmişəm, baxmayaraq ki, dövlət televiziyası idi, müxtəlif sədrlərin - 3 sədr dəyişib - iki prezidentin vaxtında işləmişəm. Mənim sifətim eyni olub, mənim qürur mənbəyim budur əslində.
- Əməkdaşımız Cavid Zeynallı soruşur ki, 60 yaşlı jurnalistlər arasında köhnə tüfəng sayılanlar, hətta paslananlar da var. Bu, Sizi qorxutmur ki?
- Qorxutmur, çünki o köhnə tüfəng bu gün də atır, bu gün də müsahibələr alır, bloq yazıları yazır. Sadəcə, rus dilindədir deyə, Azərbaycandilli auditoriya daha az oxuyur.
- Jurnalist fəaliyyətiniz zamanı ən çətin hadisələr və yaxud hadisə hansı olub?
- Bir çətinliyi dedik, bu, simanı saxlamaqdır. Televiziyada qalmaq naminə, efirini itirməmək üçün çox adamlar əyilib, sınıb və simasını itirib. Hesab edirəm ki, onlar jurnalistlikdən çıxıblar. Mənim o mənada TV-karyeram qısa olub və mən bütövlüyümü saxlaya bilmişəm. Çətin dövrlərdən biri mənim yazmadığım dövrlər idi, çünki demək istədiyimi deyə bilmirdim, yalan da yazmaq istəmirdim, ona görə susurdum. Bunun də öz çətinliyi var. Mən «Realnı Azerbaydjan» qəzeti ilə uzun müddət əməkdaşlıq etmişəm, 2005-2007-ci illər arasında da işləmişəm. Onun baş redaktoru Eynulla Fətullayev tutulandan sonra redaksiyanın və Eynullanın atasının müraciəti oldu ki, qəzetə rəhbərlik edim. Mən qəzetə biraylıq rəhbərlik etmişdim, 4 say çıxara bildik və sonra qəzet qapadıldı. Bu məsuliyyət baxımından ən çətin dövr idi. Eyni zamanda, təhlükəli idi, əməkdaşımızı armaturla vurmuşdular, Eynullanı həbs etmişdilər, başqa əməkdaşımızı oğurlayıb, aparmaq istəyirdilər. Belə bir şəraitdə redaktor olmaq...
- Nüşabə Fətullayeva sual verir ki, niyə Çingiz Sultansoy «Realnı Azerbaydjan» qəzeti bağlanandan sonra müxtəlif təkliflər gəlsə də, xilaskarlığa getdi, bir müddət işləmədi mətbuatda?
- Birincisi, fərli təklif yox idi. Bir müddət təklif yox idi heç, sanki gözləmə vəziyyəti idi. O vaxt 2-3 yazı yazmışdım, Zərdüşt Əlizadənin təsis etdiyi rusdilli «Xəzri» qəzetinə. Amma orda da şərait qaneedici deyildi. Kifayət qədər böhranlı vəziyyətdə idim. Elə bir dövrdə mən stress atmaq istəyirdim. Adam var ki, stressi içki ilə, siqaretlə atır. Mən bir az elə şeylərdən uzağam və ona görə hesab elədim ki, stress atmağın ən yaxşı yolu xilaskar işləməkdir. İki ay xilaskar işlədim və o iki ay ərzində 6 insanın həyatının xilas olunmasında iştirak elədim. Bu kifayət qədər adamı həyata qaytaran dövr və məşğuliyyət idi.
- Çox maraqlı stress atmaq üsulunuz var. Deməli, Sizin stress atmağınızdan ötrü dənizdə kimlərsə batmalıdır?
- Yox, dənizdə batmalı deyil, amma sən kiməsə kömək etməlisən. Siz məndən pis bilmirsiz ki, həyatda batanlar dənizdə batanlardan qat-qat çoxdur və onlara kömək etmək stress atmağın bir yoludur.
- Çingiz bəy nə vaxt susurdunuz?
- Hansı dövrlərdə ki, mənim yazılarım olmayıb, susmaq dövrüdür. Susduğum dövrlərdən biri 2008-ci ilin ortaları idi. Rüstəm İbrahimbəyov qalmaqalı başladı, onun məlum müsahibəsindən sonra. Parlamentdə ona hücumlar başladı və ölkə ictimaiyyəti kifayət qədər böyük iki cəbhəyə bölünmüşdü: Rüstəm İbrahimbəyovun tərəfində olanlar və əleyhinə olanlar. Mən həmin vaxt heç bir media orqanında işləmirdim. Bir araşdırma ilə məşğul idim. Onda ona açıq məktub yazdım. Hesab etmirəm ki, bu, tam dəstək məktubu idi, bu, sevdiyin, hörmət etdiyin, əsərlərini dönə-dönə oxuduğun yazıçıya səmimi bir müraciət idi. Heç yerdə işləməyə-işləməyə, uzun bir susmaqdan sonra məktub yazdım və kifayət qədər auditoriya onu oxudu. Mənim ən çox oxunan yazılarımdan biri də Rüstəm İbrahimbəyova olan məktubum idi.
- Sizinlə bağlı olan hansı hadisələri bir jurnalist olaraq özünüz üçün mükafat hesab edirsiz?
- Mənim ölkə səviyyəli 1-2 mükafatım var, beynəlxalq səviyyəli yoxdur. Yəqin, elə bir işim də yoxdur. İctimai nəqliyyatla bağlı mükafatlar var. Mən hələ AzTV-də işləyəndə - o vaxt populyar bir verilişin aparıcısı idim, 40 yaşım olardı - bir yaşlı qadına yer verəndə, dedi ki, «baxın, bu oğlan həmişə sözün düzünü danışır». Bunu özüm üçün mükafat hesab edirəm. Təxminən 6 ayın söhbətidir, yenə ictimai nəqliyyatda gedərkən tanımadığım bir qadın mənə dedi ki, «bu 25 il ərzində kimləri gördük, nə qədər adam gəldi-getdi, nə qədər ulduzlar yandı-söndü, amma Siz dəyişmədiniz, mövqeyinizi qorudunuz». Bunu da mükafat hesab edirəm. Televiziyada işlədiyim dövrdə araşdırma, kəskin bir verilişim var idi. O verilişlərin bir neçəsi cəbhə ilə, ordu quruculuğu ilə bağlı oldu. Sonra Müdafiə Nazirliyi mənə 3-cü dərəcəli mükafat verdi. Verilişlər güclü verilişlər idi, dostlarımdan biri hətta dedi ki, «başlarına dəysin, bu nə mükafatdır sənə veriblər?». Amma unutmaq olmaz ki, o vaxt prezident dəyişmişdi, şirkətin rəhbərliyi dəyişmişdi. Mən persona-non-qrata jurnalisti idim və şükür etməli idim ki, məni efirdə saxlayıblar. Televiziya şirkətinin siyasətinin tələblərinə uyğun verilişlər verirdim, bu öz yerində, amma o çərçivədə belə öz sözümü deyə bilirdim. Mənə 3-cü dərəcəli mükafat verməklə hətta onlar da etiraf etməli olmuşdular ki, bu verilişlər çox gözəl verilişlərdir. Mənim bir jurnalist araşdırmamdan sonra Azərbaycan hökuməti yolu bərbad halda təhvil vermiş podratçı şirkəti 2 milyon dollar cərimə etmişdi. Bəz oxucu, tamaşaçı minasibəti - rəğbəti, hörməti?Bu, özü də mükafatdır.
- Çingiz bəy, nəvələr....
- Mənim iki övladım, iki nəvəm var. Övladlarım çalışırlar, amma mediadan uzaq adamlardır. Bu qədər.
- Rəsmi təqaüd yaşından yəqin ki, xəbəriniz var
- Heç dəqiq bilmirəm. Bu, məni o qədər də qayğılandırmır. Düşünürəm ki, jurnalist üçün nə təqaüd. Hətta təqaüdə gedib evdə otursam da, nə mənim qələmimi, nə də kompüterin klaviaturasını əlimdən alan var. Nə qədər ki əlimdə güc, gözümdə işıq var yazmalıyam. Sözsüz ki, jurnalistin yazıları onun qocaldığını və formadan düşdüyünü göstərməməlidir. Göstərirsə, elə təqaüdə getsə yaxşıdır.
- Təşəkkür edirəm bu söhbətə görə. İstəsəniz son sözü deyə bilərsiz.
- Heç bilmirəm nəyi deyim. Mənim deməyə sözüm hələ çoxdur, sonu yoxdur. Ona görə də, nöqtəni burda qoyaq.
Oktyabrın 27-də jurnalist, AzadlıqRadiosunun əməkdaşı Çingiz Sultansoyun 60 yaşı tamam olur. Onunla müsahibəni sizə təqdim edirik.
- Çingiz bəy, 60 yaşdan bugünkü jurnalistika, bugünkü ətraf necə görünür?
- Kifayət qədər qarmaqarışıq, dumanlı, amma eyni zamanda işıqlı. Mən işıq da görürəm irəlidə.
- Əsas işıq nədədir? Yəqin, özünüz də fikir verirsiniz ki, jurnalistikanın özü mübahisə predmetidir. Hətta «jurnalist» sözünün gülünc olduğunu ifadə edənlər var, buna ciddi yanaşanlarla yanaşı, kinayə ilə yanaşanlar da var. Bütün bunların fonunda özünüzü necə hiss edirsiz və işıq nədədir?
Çingiz Sultansoy